Bank Of Baku

İstanbulda yeni müsəlman sosial şəbəkəsi olan “Salamworld” informasiya texnologiyaları layihəsinin ilk beynəlxalq sammiti keçiriləcək

İstanbulda yeni müsəlman sosial şəbəkəsi olan “Salamworld” informasiya texnologiyaları layihəsinin ilk beynəlxalq sammiti keçiriləcək
# 01 fevral 2012 07:25 (UTC +04:00)
Bakı-APA. Fevralın 13-də bütün dünyadan müsəlman elitası nümayəndələri “Salamworld”un ilk Beynəlxalq Sammitində iştirak üçün İstanbula yığışacaqlar. APA-nın məlumatına görə, “Salamworld” islam dəyərləri üzərində qurulan yeni və unikal informasiya texnologiyaları (İT) layihəsi olaraq bu ilin Ramazan ayında (avqust 2012) işə salınacaq. Hər il keçirilməsi planlaşdırılan bu beynəlxalq sammitin məqsədi müsəlman alimləri, ictimai xadimləri, İnternet sahəsində mütəxəssisləri və müsəlman məhşurlarının, qloballığa iddialı İslam yönümlü İT layihəsini dəstəkləmək sahəsindəki fəaliyyətlərini əlaqələndirməkdir.

Sammitdə yüksək səviyyəli qonaqlar və dövlət məmurlarının da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR