Bank Of Baku

Kürdə Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sularının təsirindən biogen maddələrin miqdarı artıb

Kürdə Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sularının təsirindən biogen maddələrin miqdarı artıb
# 01 fevral 2012 07:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 10 kubmetr/sananiyə azalaraq 136 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri YVQH-dən 3 dəfə artıq olub. Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR