Bank Of Baku

Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması üçün monitorinq aparılacaq

Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması üçün monitorinq aparılacaq
# 01 fevral 2012 08:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın ali təhsil sisteminin Bolonya sistemi standartlarına uyğunlaşdırılması üçün normativ–hüquqi sənədlərin monitorinqi aparılacaq. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov qurumda Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində “Azərbaycanın ali təhsil sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin qiymətləndirməsi” mövzusunda keçirilən seminarda bildirib. O deyib ki, Avropa İttifaqı ekspertləri Avropa ölkələrinin qabaqcıl təcrübəsi əsasında müvafiq istiqamətlərdə Azərbaycandakı vəziyyətin müqayisəli təhlilini aparacaqlar.

Fevralın 3-dək davam edəcək seminarda çıxış edənlər beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın əsas prinsipləri, təhsil müəssisələrinin akkreditasiyası qaydaları, universitetlər üçün reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması və digər məsələlər barədə fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR