Bank Of Baku

Magistraturaya qəbul imtahanlarında ilk dəfə olaraq elektron imzadan istifadə ediləcək

Magistraturaya qəbul imtahanlarında ilk dəfə olaraq elektron imzadan istifadə ediləcək
# 01 fevral 2012 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda magistraturaya qəbul imtahanlarında ilk dəfə olaraq elektron imzadan istifadə ediləcək. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Şöbə müdiri, ölkədə artıq elektron imzaların Milli Sertifikat Mərkəzinin fəaliyyətə başladığını, buna görə də komissiyanın magistraturaya qəbul imtahanlarında elektron imzadan istifadə etmək qərarına gəldiyini deyib. Onun sözlərinə görə, kimin elektron imzası varsa, onun ərizəsini sənəd qəbulu komissiyalarında təsdiq etdirməsinə ehtiyac olmayacaq: “Onlar öz ərizələrini elektron imza ilə təsdiq edəcəklər. Lakin bu zaman ərizədə sənədlərin düzgünlüyü ilə bağlı bəyannamə imzalamalıdırlar. Əgər yoxlama zamanı düzgün olmayan məlumat aşkarlanarsa, həmin bakalavrların müsabiqə vəziyyəti və onlara aid qərarlar ləğv ediləcək”.

Şöbə müdiri onu da deyib ki, magistraturaya bu il keçirilən qəbul imtahanlarında daha bir neçə yenilik tətbiq olunacaq. Belə ki, bu il ənənəvi kağız ödəmə kartlarından istifadə olunmayacaq. Bakalavrlar ödəmə kartlarını virtual şəkildə əldə edəcəklər. Virtual ödəmə kartı internet ödəmə ilə və ya SMS göndərməklə əldə oluna bilər.
Bundan başqa, bakalavrlar açıq testlərlə bağlı tapşırıqda göstərilən rəqəmləri xüsusi şablon üzrə yazacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR