Bank Of Baku

Səlim Müslümov: “Qarşımızda duran əsas məqsəd oktyabrın 1-dən ölkə üzrə mərkəzləşmiş pensiya təyinatına başlamaqdır”

Səlim Müslümov: “Qarşımızda duran əsas məqsəd oktyabrın 1-dən ölkə üzrə mərkəzləşmiş pensiya təyinatına başlamaqdır”
# 01 fevral 2012 08:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında DSMF sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, artıq 16 rayonda bu sistem qurulub: “Ümumilikdə 2012-ci il bizim üçün pensiya təminatının tam avtomatlaşdırılmasının prioritet kimi nəzərdə tutulduğu il hesab olunur. Yəni qarşıya qoyduğumuz məqsəd cari ilin 9 ayı ərzində bu prosesi yekunlaşdırmaq, oktyabrın 1-dən ölkə üzrə mərkəzləşmiş pensiya təyinatına başlamaqdır. Buna çatmaq üçün bütün gücümüzü sərf etmişik. Bu sistemin avtomatlaşması şəffaflığın təmin olunmasına kömək edəcək, bu sahədə neqativ halları aradan qaldırılacaq. Bununla da yerli şöbələrdə çalışan məmurların pensiya təyinatı üçün müraciət edənlər arasındakı kontakt aradan qalxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR