Bank Of Baku

Azərbaycanda pensiyaların sığorta hissəsi 7,9 faiz artırılacaq

Azərbaycanda pensiyaların sığorta hissəsi 7,9 faiz artırılacaq
# 01 fevral 2012 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Yaxın vaxtlarda Azərbaycanda 2011-ci ilin istehlak qiymətləri indeksinə uyğun olaraq pensiyaların sığorta hissəsinin indeksləşməsi həyata keçiriləcək. APA-nın məlumatına görə, bu fikirləri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov söyləyib.

Bununla bağlı DSMF-nin Dövlət Statistika Komitəsinə müraciət etdiyini və 2011-ci ilin istehlak qiymətləri indeksini aldığını deyən S. Müslümovun sözlərinə görə, yaxın günlərdə bununla bağlı qərarın qəbul edilməsi gözlənilir.

”Ötən il ölkədə istehlak qiymətləri indeksi 7,9 faiz təşkil edib. Bu da onu deməyə əsas verir ki, pensiyaların sığorta hissəsini yanvarın 1-dən 7,9 faiz artırılacaq”.

S. Müslümov əlavə edib ki, növbəti artımlar daxil olacaq məcburi sosial sığorta haqlarının məbləğindən asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR