Bank Of Baku

Azərbaycanda ötən il qəbul imtahanlarında iştirak edən nəzarətçilərdən 116 nəfəri təlimat qaydaları pozub

Azərbaycanda ötən il qəbul imtahanlarında iştirak edən nəzarətçilərdən 116 nəfəri təlimat qaydaları pozub
# 01 fevral 2012 09:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. O qeyd edib ki, təlim qaydalarını pozan nəzarətçilərin sayı ildən ilə azalır. 2010-cu ildə belə müəllimləri sayı 300-dən çox olub. Onun sözlərinə görə, bu gündən komissiya 2012-2013-cü tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək nəzarətçi müəllimlər üçün seminar məşğələlərinə başlayıb. Seminar məşğələlər Bakı da daxil olmaqla, bölgələrin əksəriyyətində keçiriləcək və aprelin 6-dək davam edəcək.
E. Nağızadə bildirib ki, son illərdə bu seminarları daha da effektiv etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir: “Seminar məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun hazırlamaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR