Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 01 fevral 2012 09:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-195, Kiçik Qafqaz çaylarında 160-175, Lənkəran-Astara bölgəsi çaylarında 65-110, Naxçıvan Muxtar Respublikası çaylarında isə 25-30 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 136 kubmetr/saniyə olmaqla, ongünlük normanın 82 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 70 kubmetr/saniyə olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.

Hazırda Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Surra məntəqəsində suyun səviyyəsi 551, Şirvanda 443, Bankədə 307, Araz çayının Novruzlu məntəqəsində isə 273 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR