Bank Of Baku

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda DSMF sədri Səlim Müslümovla görüş keçirilib - FOTO

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda DSMF sədri Səlim Müslümovla görüş keçirilib - <font color=red>FOTO</font>
# 01 fevral 2012 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovla görüş keçirilib. “APA-Economics”in məlumatına görə, tədbiri açıq elan edən klubun prezidenti Telman Əliyev rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat verib.

Daha sonra çıxış edən S.Müslümov DSMF-nin fəaliyyəti və pensiya sistemində həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, DSMF-nin 2012-ci il büdcəsi 3 mlrd. 150 mln. dollara yaxındır ki, bu da Ermənistanın dövlət büdcəsindən 15% çoxdur.

S.Müslümov nəzərə çatdırıb ki, 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılıb. «Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir» - deyən DSMF sədri bildirib ki, 2006-cı ildən etibarən dövri olaraq pensiyaların baza hissəsinin artırılması və sığorta hissəsinin indeksləşdirilməsinin tətbiqinə keçilib. S.Müslümov vurğulayıb ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 1967 min nəfərə çatıb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib.

“Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi də islahatların mühüm istiqamətlərdəndir. Bu tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılmasına, əmək miqrantlarının sosial sığortasının təkmilləşdirilməsinə, fərdi uçot sisteminin inkişafı nəticəsində inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsinə nail olunacaq», - deyə DSMF sədri vurğulayıb.

Daha sonra S. Müslümov Fondun fəaliyyətinin avtomatlaşdırılmasının həyata keçirilməsi istiqamətində işlərdən danışıb. Fond sədri bu prosesin cari ilin oktyabr ayınadək yekunlaşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəldikdə isə DSMF sədri bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilməklə yanaşı, normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcək.

S.Müslümov onu da qeyd edib ki, cari ilin yanvar ayında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində “Yaxşı və səmərəli idarəetmə” nominasiyasının qalibi elan edilib. Daha sonra S.Müslümov klub üzvlərini maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR