Bank Of Baku

DSMF pensiyaların plastik kartlarla verilməsi ilə bağlı ayrı-ayrı rayonlar üzrə tender elan edəcək

DSMF pensiyaların plastik kartlarla verilməsi ilə bağlı ayrı-ayrı rayonlar üzrə tender elan edəcək
# 01 fevral 2012 09:32 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov məlumat verib.

S.Müslümovun sözlərinə görə, tender əvvəllər olduğu üzrə bölgələr üzrə deyil, ayrı-ayrı rayonlar üzrə keçiriləcək. Tenderdə qarşıya qoyulan şərtlər arasında hər 1100 pensiyaçının bir ədəd bankomatlarla təmin olunması, pensiyaçılara SMS-info xidmətinin göstərilməsi kimi şərtlər var.

«Bu gün pensiyaçıların qarşılaşdığı əsas problemlərdən biri banklar arasında interfeysin olmamasıdır. Bunun nəticəsi olaraq bir vətəndaş başqa bankın bankomatından pensiyasını çəkdikdə komisyon haqqı ödəyir. Bunun aradan qaldırılması lazımdır», - deyə S. Müslümov vurğulayıb.

DSMF sədrinin sözlərinə görə, səyyar bankomatların ölkəyə gətirilməsi istiqamətində də işlər aparılır. Artıq Azərbaycan Beynəlxalq Bankı 3-dən az olmayaraq səyyar bankomatı bu il ərzində ölkəyə gətirməyi vəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR