Bank Of Baku

Rusiyada yüz minlərlə tələbə təqaüdsüz qalıb

Rusiyada yüz minlərlə tələbə təqaüdsüz qalıb
# 01 fevral 2012 10:46 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada yüz minlərlə tələbə bu ilin yanvar ayının təqaüdünü almayıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Tələbə İttifaqının sədri Artyom Xromov bildirib.

Onun sözlərinə görə, ləngimələr ölkənin əksər ali məktəblərini, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini əhatə edib. buna səbəb hökumətin maliyyə blokunun müvafiq sənədləri vaxtında hazırlamamasıdır.

Qeyd edək ki, tələbələr bu ayın təqaüdlərini “Tatyanin den” adlandırılan yanvarın 25-də (Moskva Dövlət Universitetinin yaranma günü) almağı gözləyirmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR