Bank Of Baku

Azərbaycan ərazisində havanın kəskin soyumasının səbəbləri məlum olub

Azərbaycan ərazisində havanın kəskin soyumasının səbəbləri məlum olub
# 01 fevral 2012 11:50 (UTC +04:00)
Həmin illərdə də fevral ayı soyuq və şaxtalı keçib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

A. Verdiyev sabahdan başlayaraq ölkə ərazisində müşahidə olunacaq kəskin hava şəraitinin səbəblərini də açıqlayıb: “Fevral ayının 2-dən başlayaraq Bakı və Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi gözlənilir. Təzyiqin yüksəlməsi güclü küləyə səbəb olacaq. Eyn zamanda şimaldan daxil olan soyuq atmosfer kütlələrinin, antisiklonun ölkə ərazisinə daxil olması gözlənilir ki, bu səbəbdən də fevralın 2-də güclü şimal-qərb küləyi ilə müşahidə olunan qar yağacaq”.

A. Verdiyev deyib ki, havanın temperaturu kəskin düşəcək. Bu gün axşamdan temperaturun 0 dərəcəyə yaxın olacağı, ayın 2-də isə gecə və səhər saatlarında 0-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Baş hidroloq bildirib ki, güclü şimal-qərb küləyi ayın 2-də bütün gün ərzində müşayiət ediləcək. Güclü şimal küləyi ilə müşahidə olunan qarın yağması isə çovğuna səbəb olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR