Bank Of Baku

Azərbaycanda Türkiyənin Van bölgəsində baş verən zəlzələdən zərər çəkənlərə yardım üçün başlanan kampaniya davam edir

Azərbaycanda Türkiyənin Van bölgəsində baş verən zəlzələdən zərər çəkənlərə yardım üçün başlanan kampaniya davam edir
# 01 fevral 2012 12:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətində (AzQAC) ötən ilin oktyabr ayında Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədi ilə başlanmış kampaniya davam edir. Bu barədə APA-ya AzQAC-dan məlumat verilib. Cəmiyyətin açıqladığı məlumatlara görə, 2011-ci il oktyabr ayının 25-dən 2012-ci il yanvar ayının 17-dək kampaniyada 116 hüquqi və fiziki şəxs, o cümlədən 6 deputat iştirak edib. Nəticədə kampaniyanın bank hesabına 31801,76 manat və ya 40815,44 ABŞ dolları vəsait toplanaraq Türk Qızıl Ayının hesabına köçürülüb.

Cari ilin yanvar ayında isə yardım hesabına 8300 manat vəsait daxil olub. Bunun 7300 manatı (9290 dollar) Bakı Baş Dövlət Yol Polis İdarəsi, 1000 manatı (1273) isə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR