Bank Of Baku

Avropa Birliyi ölkələrində gənclər arasında işsizlik rekord səviyyəyə çatıb

Avropa Birliyi ölkələrində gənclər arasında işsizlik rekord səviyyəyə çatıb
# 01 fevral 2012 13:06 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi böhran Avropa Birliyi (AB) ölkələrində gənclər arasında işsizliyin rekord səviyyəyə çatmasına səbəb olub. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Statistika Bürosu (Eurostat) açıqlama yayıb.

Büronun məlumatına görə, Avropanın 8 ölkəsində 25 yaşa qədər gənclərin 30%-i işsizdir. Ötən ilin dekabr ayı üçün AB-nin 27 ölkəsində işsiz gənclərin sayı 5,492 mln. nəfər, o cümlədən avrozonanın 17 ölkəsində 3,29 mln. nəfər təşkil edib.

Dekabrda AB gəncləri arasında işsizlik 22,1% (241 min nəfər), avrozona üzrə 21,3% (113 min nəfər) artıb.

AB ölkələri arasında ən yüksək işsizlik səviyyəsi İspaniyada qeydə alınıb - 48,7%. Sonrakı yerlərdə Yunanıstan (47,2%) və Slovakiya (35,6%) gəlir. Ən az işsizlik isə Almaniya (7,8%), Avstriya (8,2%) və Niderlanddadır (8,6%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR