Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda üç dənizdibi seysmik stansiyanın quraşdırılması 2012-ci ilin II rübündə başa çatdırılacaq

Xəzərin Azərbaycan sektorunda üç dənizdibi seysmik stansiyanın quraşdırılması 2012-ci ilin II rübündə başa çatdırılacaq
# 01 fevral 2012 13:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 17 yeni peyk rabitəli telemetrik seysmik stansiya açılıb. Təkcə 2011-ci ildə 7 yeni telemetrik peyk rabitəsi ilə işləyən 7 seysmik stansiya fəaliyyətə başlayıb.

RSXM-dən APA-ya verilən məlumata görə, bu barədə bu gün AMEA Yer Elmləri Bölməsinin hesabat iclasında bildirilib. Bu stansiyalardan 3-ü Naxçıvan Muxtar Respublikasında (Ordubad, Şahbuz, Heydərabad), 4-ü isə Qobustan, Qəbələ, Qusar (Həzrə) və Quba (Xınalıq) rayonlarının ərazisində yerləşir.

Hazırda RSXM-də peyk rabitəsi ilə işləyən seysmik stansiyaların sayı 31-ə çatıb.

Ağdam, Beyləqan, Fizuli və Yardımlı rayonlarında tikiləcək seysmik stansiyalar üçün cihazlar da ötən il xaricdən alınaraq Azərbaycana gətirilib.

Bununla yanaşı, RSXM tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyanın (Ümüd, Şahdəniz, Azəri) quraşdırılması 2012-ci ilin II rübündə başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR