Bank Of Baku

Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası Azərbaycanda 2 ümumtəhsil məktəbinin akkreditasiyasını həyata keçirib

Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası Azərbaycanda 2 ümumtəhsil məktəbinin akkreditasiyasını həyata keçirib
# 01 fevral 2012 13:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası tərəfindən Azərbaycanda 2 ümumtəhsil məktəbin akkreditasiyası həyata keçirilib. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey və Bakı şəhər 225 saylı tam orta məktəbdir: “Bakı şəhər 225 saylı tam orta məktəbin akkreditasiyası bu gün başa çatıb. Hər iki məktəbin akkreditasiyası ilə bağlı nəticələr müzakirə edilir və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, orta məktəblərin akkreditasiyası üçün ilkin olaraq 11 pilot məktəb seçilib. Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Bakı şəhər 225, Şirvan şəhər 16 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR