Bank Of Baku

ETSN: Havaların kəskin soyuması ilə əlaqədar Xəzərin Azərbaycan sektorunda donma müşahidə edilməyəcək

ETSN: Havaların kəskin soyuması ilə əlaqədar Xəzərin Azərbaycan sektorunda donma müşahidə edilməyəcək
# 01 fevral 2012 14:26 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi, professor Rza Mahmudov bildirib. Onun sözlərinə görə, buz bağlama qışın soyuq dövrlərində Xəzər dənizinin şimal hissəsində daha çox müşahidə olunur. Orta və Cənubi Xəzərdə buz bağlama hadisəsi demək olar ki, baş vermir. Bununla belə, Xəzər dənizinin sözügedən ərazilərində anomal buz bağlama hadisəsi 1920 və 1953-cü illərdə müşahidə edilib: “1920-ci ilin soyuq qışında Orta Xəzərdə buz bağlama hadisəsi Qızılağac körfəzində qeydə alınıb. Bu da orada 10 mindən çox köçəri quşun məhvinə səbəb olub. 1953-cü ildə isə Xəzərin şimalında buz bağlama hadisəsi baş verib, bunun nəticəsində Orta Xəzərə, hətta Abşeron sahillərinə qədər buz parçaları gəlib çıxıb. O dövrdən bəri buz bağlama hadisəsi olmayıb”.

R. Mahmudov qeyd edib ki, Xəzərin Azərbaycan sahillərində dərinliyə və temperatura görə aparılan müşahidələr göstərib ki, proses buz bağlama həddinə çatmayacaq: “Mən Rusiya ilə, Həştərxanla əlaqə saxladım. Dağıstanın sahil zonalarının müəyyən yerlərində 8-10 sm qalınlığında buz örtüyü əmələ gəlib. Bu da indiki dövrün xarakterinə uyğun, havaların anomal soyuq keçməsi ilə bağlıdır. Bu hadisə hər il olmur. Ancaq Orta Xəzərdə və bizim zonalarda belə hallar hələlik istisnadır, olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR