Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi kolbasa məmulatlarının monitorinqinin ilkin nəticələrini açıqlayıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi kolbasa məmulatlarının monitorinqinin ilkin nəticələrini açıqlayıb
# 02 fevral 2012 09:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ərzaq mağazalarında və istehsal sexlərində apardığı kolbasa məmulatlarının monitorinqinin ilkin nəticələrini açıqlayıb. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılıb. Onun sözlərinə görə, mağaza və istehsal sahələrindən götürülən 91 nümunənin analizləri başa çatıb, bir neçə nümunə isə laboratoriyada analiz edilir.

Bölmə müdiri deyib ki, müayinələrin nəticələrinə görə, 91 kolbasa nümunəsi toksikoloji göstəricilərinə görə norma daxilində olub. Onların birində isə bakterioloji göstəricilərinə görə kənara çıxma halı qeydə alınıb: “Yasamal rayonu ərazisində yerləşən ərzaq mağazasından götürülən bir kolbasa nümunəsində qeyri-kafi nəticə aşkarlanıb. Həmin kolbasanın istehsalçısı müəyyənləşəcək və məhsuldan təkrar nümunə götürüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR