Bank Of Baku

TQDK-da magistraturaya ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının nümayəndələri üçün seminar-məşğələ keçirilib

TQDK-da magistraturaya ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının nümayəndələri üçün seminar-məşğələ keçirilib
# 02 fevral 2012 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən komissiyanın təşkilat şöbəsinin müdiri Arzu Bağırov SQK-lara müraciət edən, magistraturaya qəbula dair suallar verən bakalavrlara hərtərəfli məlumat verməyin, onlarla izahat işləri aparmağın vacibliyini vurğulayıb. O qeyd edib ki, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 8-dən 16-dək doldurmalı və ərizələrini fevralın 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirməlidir. “Elektron ərizə" formasını doldurmaq üçün lazım olan virtual ödəmə kartını internet ödəmə və ya mobil telefonlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR