Bank Of Baku

Azərbaycanda Gənclər Günü münasibətilə “Qədim çeşnilərimiz yeni təzahürdə” adlı sərgi keçirilib

Azərbaycanda Gənclər Günü  münasibətilə “Qədim çeşnilərimiz yeni təzahürdə” adlı sərgi keçirilib
# 02 fevral 2012 11:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. 2 fevral - Gənclər Günü münasibəti ilə “Qədim çeşnilərimiz yeni təzahürdə” adlı sərgi keçirilib. APA-nın xəbərinə görə, sərgi “Azərbaycan xalçaları” İctimai Birliyi tərəfindən təşkil olunub.

Nümayiş zamanı muzeydə qorunub saxlanılan qədim xalçaların çeşniləri əsasında ictimai birliyin gənc üzvləri tərəfindən toxunan xalçalar təqdim olunub.

Sərgidə Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalça məktəblərinə aid olan xalçaların qədim ənənələri saxlanılmaqla müasir formada toxunan Şıxlı, Pirəbədil, Quba, Çələbi, Novxanı, Qəşəd, Qədim Minarə, Qonaqkənd, Kürdəmir, Bico xalçaları da nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR