Bank Of Baku

BDU-nun rektoru Kuba Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti ilə görüşüb

BDU-nun rektoru Kuba Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti ilə görüşüb
# 02 fevral 2012 12:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Kuba səfiri Marselo Kabalyero Torres, Kubanın Xalqlar Dostluğu İnstitutunun birinci vitse-prezidenti və BDU-nun məzunu Elio Qames Neyra, institutun Avropa Departamentində Azərbaycan üzrə cavabdeh olan xanm İbis Alvisa ilə görüşüb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təmsil etdiyi institut haqqında danışan qonaq, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 1985-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirən E. Q. Neyra BDU-nun məzunun olması ilə qürur duyduğunu söyləyib.

A. Məhərrəmov E. Q. Neyranın təhsil aldığı illərdə universitetin tədris hissəsinin müdiri işlədiyini və onu yaxşı xatırladığını deyib. Əməkdaşlıqla bağlı təkliflərdən məmnun olduğunu vurğulayan rektor birgə konfrans və simpoziumların keçirilməsi, müəllim-tələbə mübadiləsi, qrant və layihələr üzərində işlənilməsinin əhəmiyyətindən danışıb.

.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR