Bank Of Baku

Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilib

Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilib
# 02 fevral 2012 13:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. 2011-ci ilin yekunlarına dair Ekologiya üzrə Texniki Komitənin dördüncü iclası keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasda 2011-ci ildə Komitənin alt komitələri tərəfindən iş planlarına uyğun olaraq, “Atmosfer havasında kükürd dioksidin kütlə qatılığının tetraxlormerkurat və pararozanilin ilə spektrofotometrik metodla təyini”, “İstehsalatda elektromaqnit sahəsinə olan tələblər”, “Yaşayış evlərində, ictimai binalarda və tikinti aparılan ərazilərdə 50 Hs tezlikli maqnit sahələrinə olan gigiyena tələbləri”, “Torpağın keyfiyyəti - insanlara təsirinə münasibətdə torpaqların xarakteristikası”, “Torpağın keyfiyyəti – torpaq və torpaq materiallarının ekotoksikoloji xarakteristikasına dair göstərişlər”, “Torpağın keyfiyyəti – Mikrobioloji torpaq tənəffüsünün müəyyən edilməsi üçün laboratoriya metodları”, “Torpağın keyfiyyəti – Monitorinq proqramlarının yaradılması və təminatına nəzarət” üzrə standart və “Nümunələrin konservləşdirmə və saxlama metodları”, “Təbii sularda qoxunun təyini”, “Təbii sularda şəffaflığın təyini”, “Təbii sularda xüsusi elektrik keçiriciliyinin təyini”, “Təbii sularda həll olmuş oksigenin təyini”, “Təbii sularda asılı bərk hissəciklərin təyini”, “Təbii sularda ümumi codluğun təyini”, “Təbii sularda sulfatların təyini”, “Təbii sularda xlorid ionunun təyini”, Təbii sularda qələviliyin (HCO3) təyini”, “Təbii sularda ammonium ionlarının təyini”, “Təbii sularda oksigenin biokimyəvi sərfinin (OBS5) təyini” üzrə qaydaların layihələri və o cümlədən suyun keyfiyyəti üzrə tərtib edilmiş 8 hissəli lüğətlə bağlı müzakirələr aparılıb. Rəy və təkliflər dinlənildikdən sonra, həmin standart və qayda layihələrinin təsdiq edilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə təqdim edilməsi qərara alınıb və alt komitələrin 2012-ci ilə dair iş planları təsdiq edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2011-ci ildə Texniki Komitə tərəfindən təqdim edilmiş təbii və süni göllərdən su, dib çöküntülərindən, lildən, su axınlarından, dəniz sularından və çirkab sulardan nümunələrin götürülməsi üzrə qaydalar təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR