Bank Of Baku

Dövlət proqramı çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq istəyənlər üçün müsabiqə elan edilib

Dövlət proqramı çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq istəyənlər üçün müsabiqə elan edilib
# 03 fevral 2012 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış sazişə uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm və mühasibat uçotu ixtisasları üzrədir.

Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər. Magistratura səviyyəsində təhsil almaq üçün isə 2011/2012-ci tədris ilində I qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal, digər ixtisas qrupları üzrə magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 120 bal toplamış və diplomdan sonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti ən azı 4.0 olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqədə iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR