Bank Of Baku

Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşüb - FOTO

Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 03 fevral 2012 11:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla ölkəmizdə səfərdə olan Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə F.Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım 0,1%, o cümlədən qeyri-neft sektorunda 9,4%, qeyri-neft sənayesində isə 11,1% təşkil edib, əhalinin pul gəlirləri 19,6% artaraq 7,9%-lik inflyasiya göstəricisini 2,5 dəfə üstələyib: “Cənubi Qafqaz iqtisadiyyatında 80%-dən çox paya malik olan Azərbaycanda son 8 ildə yaradılan iş yerlərinin sayı 1 milyonu ötməklə işsizliyin səviyyəsi 5,4%-ə, yoxsulluq səviyyəsi isə 5,2 dəfə azalaraq 7,6%-ə düşüb”.

Nazir Qırğızıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına ölkəmizin daim hazır olduğunu, bunun üçün nazirlik tərəfindən bütün lazımı şəraitin yaradılacağını deyib, bu görüşün əməkdaşlığın inkişafı üçün uğurlu bir addım olacağını bildirib. A.Alımkulov iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində səmərəli təcrübə mübadilələrinin aparılması üçün yaranan imkanlardan ölkəsinin daim səmərəli şəkildə yararlanacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR