Avropanın bir sıra dövlətlərinin müəllif hüquqları ilə məşğul olan qurumlarının nümayəndələri Azərbaycanda səfərdədir
04 iyun 2012 12:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avropanın bir sıra dövlətlərinin müəllif hüquqları ilə məşğul olan qurumlarının nümayəndələri Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının həyata keçirdiyi Tvinninq layihəsində təmsil olunan İspaniya, Rumıniya, Macarıstan, Yunanıstan və Litvanın müəllif hüquq sahəsinin ekspertləri həftə sonuna qədər Azərbaycanda olacaqlar. Səfər müddətində sabah “Müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi” mövzusunda dəyirmi masa keçiriləcək. Məqsəd Azərbaycandakı müəllif hüquq cəmiyyətlərinin nümayəndələrinin bilik və potensialını artırmaqdır: “Azərbaycanda müəlliflərin hüquqlarını qoruyan iki cəmiyyəti var. Onlardan biri Azərbaycan Müəlliflər Cəmiyyətidir. Onlar müəllif əsərlərinin istifadəsi üçün qonorar yığırlar. Digəri isə Rejissorlar Gildiyasıdır. Onlar isə audioviziul əsərlərin istifadəsi üçün qonorar yığırlar. Dəyirmi masada əsas müzakirələr istifadəçi təşkilatlardan qanuni qonorar yığımını təşkil etmək, onlarla lisenziya sazişləri bağlamaq, müəllif hüquqları pozulduğu halda tətbiq olunacaq mexanizmlərlə bağlı olacaq”.
Sosial
Ötən il Azərbaycanda 56 mindən artıq şəxsə anemiya diaqnozu qoyulub
18:49
18 may 2024
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024