TQDK buraxılış imtahanlarında şagirdlərin qiymət göstəricilərini açıqlayıb

TQDK buraxılış imtahanlarında şagirdlərin qiymət göstəricilərini açıqlayıb
# 06 iyun 2012 08:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak edən 4987 şagird “Ana dili”ndən, 4226 şagird isə “Riyaziyyat” fənnindən “5” alıb. “Ana dili”ndən 9999 şagird, “Riyaziyyat”dan 10842 şagird “3”, “Ana dili”ndən 9940 şagird, “Riyaziyyat”dan isə 9488 şagird “4” qiymət alıb.

M. Abbaszadə bildirib ki, iyunun 3-də keçirilən IX siniflərin buraxılış imtahanında iştirak edən 35026 şagirddən 1265 nəfəri “Ana dili”ndən, 2400 nəfəri “Riyaziyyat”dan “2”, 5089 nəfəri “Ana dili”ndən, 4624 nəfəri “Riyaziyyat”dan “5”, 17202 şagird “Ana dili”ndən, 19436 nəfər “Riyaziyyat”dan “3”, 11470 şagird “Ana dili”ndən, 8566 şagird isə “Riyaziyyat”dan “4” alıb.

İyunun 2-də keçirilən imtahanda kəsilən şagirdlər imtahanda iştirak edən şagirdlərin 3,41 faizini, iyunun 3-də keçirilən imtahanda "2" qiymət alanla isə həmin imtahanda iştirak edənlərin 9,28 faizini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR