Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın ilk iclası keçirilib

Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın ilk iclası keçirilib
# 08 iyun 2012 15:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın ilk iclası keçirilib. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Rauf Tağıyevin sədrliyi və beynəlxalq ekspertlərin, sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda «Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları»nın layihəsi müzakirə olunub.

İndiyədək əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası ayrıca heç bir normativ hüquqi aktda öz əksini tapmayıb və dövlət nəzarəti DƏMX-nin Əsasnaməsi, həmçinin DƏMX-nin vəzifəli şəxslərinin vəzifə funksiyalarını həyata keçirərkən müvafiq göstəriş, protokol və təqdimat formalarının tətbiq və tərtib edilməsi qaydaları əsasında həyata keçirilib. Yeni layihə isə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını tam əhatə edir və layihə qəbul olunduqdan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək normativ hüquqi akt statusuna malik olacaq.

Qeyd edək ki, Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın tərkibində sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 3 nümayəndə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR