Bakıda böyük dərinliklərin neft və qaz yataqlarının axtarışına dair beynəlxalq konfrans keçiriləcək

Bakıda böyük dərinliklərin neft və qaz yataqlarının axtarışına dair beynəlxalq konfrans keçiriləcək
# 11 iyun 2012 09:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 12-14-də Bakıda “Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz” adlı I Beynəlxalq Konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən bildirilib. Konfransın təşkilatçıları Geologiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Rusiya Elmlər Akademiyası Neft və Qaz Problemləri İnstitutu və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetidir. Dünyada bu mövzuda ilk dəfə təşkil olunan tədbirdə 9 ölkə, o cümlədən ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digərlərinin iştirakı gözlənilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP tərəfində maliyyələşdirilən konfransda məqsəd dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşməkdir. Tədbirin ilk iki günü məruzə və müzakirələrdən ibarət olacaq. Ayın 14-də isə Qirməki vadisinə və palçıq vulkanlarına ekspedisiya təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR