Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib
# 12 iyun 2012 09:54 (UTC +04:00)
Bakı – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti belə tədbir 12 iyun 2012-ci il il tarixdə Azərbaycan Turizm İnstitutunda keçirilib.

Tədbirdə 57 müəssisə və təşkilat tərəfindən 405 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 3-ü dövlət, 54-ü qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasında imkan yaratmaq, eyni zamanda işaxtaran vətəndaşların layiqli işlə təminatına köməklik göstərmək olub. Tədbirdə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri bəzi şirkət və müəssisələr iştirak edib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu vaxtadək Bakı şəhərində “Karyerada ilk addım” devizi altında keçirilmiş tədbirlərdə 903 işəgötürən müəssisə və kompaniya iştirak edib, 1184 işəgötürən təşkilat tərəfindən 7510 boş (vakant) iş yeri təqdim olunub. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər münasib işlə təmin edilib.

“Karyerada ilk addım” devizi altında növbəti tədbir iyunun 22-də Qafqaz Universitetində təşkil ediləcək. Cari ilin sonuna kimi bir neçə ali təhsil müəssisəsində də belə tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR