Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında memorandum imzalanıb - FOTO

Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 12 iyun 2012 10:47 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universiteti (BDU) və Gürcüstan Milli Elmlər Akademiyası ilə arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb. Universitetin mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, BDU tərəfindən Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadze imzalayıblar. Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb. İmzalanan Anlaşma Memorandumu iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkilini, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR