Bank Of Baku

Amerikalılar 1992-ci il səviyyəsinə qədər yoxsullaşıblar

Amerikalılar 1992-ci il səviyyəsinə qədər yoxsullaşıblar
# 12 iyun 2012 11:35 (UTC +04:00)
Bakı – APA-Economics. Orta amerikalı ailəsinin sərvəti 2010-cu ildə 77,3 min dollar təşkil edib ki, bu da 1992-ci ildən bəri ən minimal göstəricidir. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Federal Ehtiyatlar Sisteminin “Survey of Consumer Finances” adlı hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə bu göstərici 126 min dollardan çox olub. Həmin il orta amerikalı ailəsinin gəliri 49,6 min dollar təşkil edirdisə, 2010-cu ildə bu göstərici 45,8 min dollara enib.

“The Wall Street Journal”ın yazdığına görə, qlobal maliyyə böhranından daha çox orta təbəqə əziyyət çəkib və gəlirləri 3 il ərzində 12,1% azalıb. Varlı ailələrdə bu göstərici 1,4%, kasıb ailələrdə isə 7,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR