ADA-nın nümayəndə heyəti Türkiyə universitetlərində görüşlər keçirib

ADA-nın nümayəndə heyəti Türkiyə universitetlərində görüşlər keçirib
# 12 iyun 2012 13:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə universitetdə işgüzar görüşlər keçirib. ADA-dan APA-ya verilən məlumata görə, heyətdə ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə, akademik işlər üzrə prorektor Randall Baker, akademik işlər üzrə prorektor müavini Şəms Mustafayeva, Humanitar və Dəqiq Elmlər Kollecinin dekanı Vəfa Kazdal və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Anar Vəliyev olub. Heyət Koç Universiteti, Bilgi Universiteti, Boğaziçi Universiteti və İstanbul Şəhər Universitetinə baş çəkib. Azərbaycan Diplomatik Akademiyası ilə bu təhsil ocaqlarının konfranslar və yay məktəbləri təşkil etməsi, eyni zamanda, tələbə və müəllim mübadilələrinin aparılması barədə razılaşmalar əldə edilib.

F. İsmayılzadə bildirib ki, bu səfər Türkiyə universitetləri ilə yaxın ünsiyyət qurmaq və onların təcrübələrindən yararlanmaq baxımından çox faydalı olub: “Biz tanış olduğumuz rektorları Bakıya dəvət etdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR