«Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb – FOTO
14 iyun 2012 10:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin tərtib etdiyi «Farsca-rusca-azərbaycanca müxtəsər lüğət» işıq üzü görüb. İnstitutdan APA-ya verilən məlumata görə, 11700 sözü əhatə edən bu lüğət Yusif Mirbabayevin 1945-ci ildə tərtib etdiyi lüğət əsasında hazırlanıb. Y.Mirbabayevin lüğətindən fərqli olaraq, təqdim olunan lüğətdə farsca sözlərin transkripsiyası verilib. Lüğətin sözlüyü fars, rus və Azərbaycan dillərinin tezlik lüğətlərində yüksəktezlikli sözlər əsasında müəyyənləşdirilib. Yeri gəldikdə mövcud farsca, rusca, azərbaycanca lüğətlərə müraciət olunub, bir çox sözlərin tərcüməsi dəqiqləşdirilib, yeni sözlər əlavə edilib. Rusca, azərbaycanca sözlük yeni orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.
Lüğət fars, rus, və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
Lüğət fars, rus, və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024