Naxçıvanda 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək
14 iyun 2012 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Naxçıvanda Azərbaycan Səhiyyə Nazirliyi (SN), Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı 5-ci regional elmi-praktiki konfrans keçirilib. SN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 10-dan 18-dək Muxtar Respublikada daha bir aksiyaya start verilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadasının həyata keçirdiyi aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri həyata keçiriləcək.
Sosial
Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO
15:16
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin qalıqları Ucarda dəfn edilib
15:00
22 may 2024
Gəncədə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO
14:49
22 may 2024
Diplomları tanınmayan və ən çox imtina alan xarici ali məktəblər açıqlanıb
11:34
22 may 2024