Təhsil naziri vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə əmr verib
14 iyun 2012 14:41 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən, iyul ayının 1-dək vakant yerlər barədə məlumatlar nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində veriləcək. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə “Test bankı”nın hazırlanması təmin edilməli, işə qəbulun keçirilməsi üçün müsabiqə komissiyasının və apelyasiya komissiyasının tərkibini müəyyənləşdirib təsdiqə təqdim olunmalı, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin Nazirliyin rəsmi internet saytında yerləşdirilməsi, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin edilməlidir.
Əmrdə qeyd edilib ki, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin.
Əmrdə qeyd edilib ki, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilsin.
Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024