Azərbaycanda dövlət qeydiyyatı ləğv olunmuş dərmanların son siyahısı açıqlanıb - SİYAHI
1. Bor turşusunun toz dərman forması (toksiki təsirliyini nəzərə alaraq)
2. Bufeksamak və Bufeksamak tərkibli preparat Proktozan (kontakt allergik reaksiyaya səbəb olmasını nəzərə alaraq)
3. Aşağımolekullu polivinilpirrolidon tərkibli infuziya məhlulları (yüksək toksiki təsirini nəzərə alaraq)
4. Oktaqam (istehsalçı müəssisə tərəfindən istehsalı dayandırılıb)
5. Buflomedil (neyro və kardiotoksikliyə səbəb olduğuna görə istehsalı istehsalçı tərəfindən dayandırılıb)
6. Buflomedil tərkibli preparatlar – İrrodan və Dialon (yuxarıda qeyd olunan səbəbə görə)
7. Qatifloksasin və Qatifloksasin tərkibli preparatların dövlət qeydiyyatına alınmasına icazə verilməyib (hipo- və hiperqlikemiyaya səbəb olduğunu nəzərə alaraq)
R. Ağayevin sözlərinə görə, çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır: “Alimlər tərəfindən aparılan tədqiqatlar və klinik araşdırmalar isə belə fikirlərin yanlış olduğunu sübut edir. Belə stereotip fikir illərlə çoxlarının ev aptekində yer alan bor turşusu haqqında da yaranıb. Zəif turşu kimi xarakterizə olunan bor müxtəlif sahələrdə - kənd təsərrüfatında gübrələrin və insektisidlərin istehsalında, fotoçap işlərində - aydınlaşdırıcı məhlulların, kimyada – bufer məhlulların hazırlanmasında və s. istifadə olunur. XIX əsrin axırlarında alimlər tərəfindən bor turşusunun mikroblar əleyhinə (antiseptik) təsiri müəyyən edildikdən sonra bu preparat təbabətdə də geniş istifadə olunmaqa başlayıb. Bu antiseptikin bəzi xüsusiyyətləri - tamı və qoxusunun olmaması, paltarda ləkə qoymaması, yaralarda qıcıqlanma yaratmaması onun ev şəraitində geniş istifadəsinə səbəb olub. Lakin bor turşusunun antimikrob təsiri digər preparatlarla müqayisədə dəfələrlə aşağıdır. Belə ki, bor turşusu antimikrob təsirini minimal 2% konsentrasiyada göstərirsə, kalium permanqanat həmin təsirə – 0,1%, furasillin - 0,01%, xlorheksidin – 0,005% qatılığında malikdir, yəni, bor turşusundan 20-400 dəfə artıq aktivdir”.
R. Ağayev bildirib ki, dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib: “Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bor turşusunun istifadəsindən uşaqların zəhərlənmə, hətta ölüm hadisələri ilə nəticələnən halları vurğulayıblar. Zəhərlənmənin əsas səbəbi odur ki, bor turşusu böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunur. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə gətirib çıxara bilər. Uşaqlarda, xüsusilə körpələrdə, böyrək funksiyalarının nisbi zəif və lazımınca inkişaf etməməsi ilə əlaqədar bor turşunun zərəredici təsiri daha güclü olur və onun istifadəsi zəhərlənmə riskini artırır. Məhz buna görə bor turşusunun istifadəsi nəticəsində ağır zəhərlənmə və ölüm hadisələri əksər hallara körpə uşaqlar arasında baş verir. Bunları nəzərə alaraq, keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə “yalnız xarici istifadə üçün”, “geniş dəri zədələnmələrində istifadə oluna bilməz”, “uşaqlar üçün istifadə edilmir” xəbərdarlıq yazıları qeyd edilir. Hazırda əksər ölkədə bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda da bor turşusunun toz şəkilində istifadəsinə qadağa qoyulub və preparatın tərkibində bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda icazə verilir”.
R. Ağayev deyib ki, ümumiyyətlə, bor turşusu tərkibli preparatlarla bağlı nəzarət gücləndirilməlidir: “Bu preparatların içlik vərəqələrində mütləq xəbərdarlıq edilməlidir ki, onun daxilə qəbulu nəticəsində hansı toksiki nəticələri ola bilər, hansı qrup insanlarda istifadəsi təhlükəlidir və s.”.
O, həmçinin qeyd edib ki, Azərbaycanda istehsal olunan “Teymurov” pastası və “Leyner” məlhəminin tərkibində də bor turşusu komponenti var: “Bunlar istifadəsinə icazə verilən preparatlardır. Amma həmin dərmanların içlik vərəqələrində göstərilməlidir ki, onları böyük bir sahəyə, açıq yaraya istifadə etmək təhlükəlidir. Biz bu preparatların istehsalçısı “Azərfarm” şirkətinə təkrarən müraciət edəcəyik ki, onun texnologiyasına nəzarət gücləndirilsin, içlik vərəqələrində əks göstərişlər, istifadəsi zamanı yaranan yan təsiri haqqında daha geniş məlumat və xəbərdarlıq verilsin”.
Sosial
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib
Xəbər Lenti
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb - YENİLƏNİB
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib
Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində ətraf mühitə vurulan ziyandan danışıb
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
KİV: Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar dayanıb
SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub
NATO-nun Ankara sammiti: Türkiyə alyansın strateji mərkəzi kimi mövqeyini daha da gücləndirir - TƏHLİL
ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib
Bakıda təmir gedən yollar açıqlanıb
Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib
Süni intellekt üçün internet Bakcelldən
Tahir Mirkişili: NATO Türkiyənin geostrateji rolunu yalnız bəyanatlarda deyil, praktik addımlarla da qiymətləndirməlidir
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib
Umud Mirzəyev: Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib
Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
Azərbaycanda rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqləyib
İordaniya ordusu İranın atdığı 8 raketi zərərsizləşdirib, itki olmayıb
Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix məlum olub
İran ABŞ-ın Sirik şəhərinə hücumunda 3 nəfərin öldüyünü bildirir
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
Ramid Namazov: Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində iş gedir
Komissiya sədri: Kiberhücumların sayı, miqyası və mürəkkəbliyi sürətlə artır
AZAL sərnişin daşımalarını 5% artırıb
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək
FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə təhlükəsizlik tədbirləri davam etdirilir - VİDEO
Heydər Əliyev Beynəlxalq Aeroportundan 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir
Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin
PAŞA Sığorta 4 milyon manatdan çox tibbi xərcləri ödəyib
MİQ imtahanının başlayacağı tarix açıqlanıb
Altı ayda müxtəlif cinayətlər törətmiş 6 887 şəxs məhkəmə məsuliyyətinə verilib
DİN: Bu il ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib
Altı ayda 15 420 cinayət qeydə alınıb
Xırdalan bələdiyyəsinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəmə başlayır
Çində daşqınlarda azı 39 nəfər ölüb
"Fars": ABŞ İranda Rusiya və Çinlə ticarət üçün istifadə edilən strateji dəmir yolu körpüsünü bombalayıb
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını casusluq ittihamı ilə ölkədən çıxarır
"Bank Melli İran"ın Bakı filialının maliyyə vəziyyəti açıqlanıb