Bank Of Baku

Azərbaycanın tanınmış mütəxəssisləri Türkiyədə keçiriləcək Dünya Endouroloji Konfransına dəvət edilib – FOTO

Azərbaycanın tanınmış mütəxəssisləri Türkiyədə keçiriləcək Dünya Endouroloji Konfransına dəvət edilib – <font color=red>FOTO </font>
# 27 avqust 2012 07:51 (UTC +04:00)
Bakı-APA. Sentyabr ayında Türkiyədə keçiriləcək Dünya Endouroloji Konfransının təşkilatçıları ölkəmizdə endourologiya sahəsində xüsusi xidmətləri olan həkimləri bu konfransa dəvət ediblər. APA-nın məlumatına görə, Dünya Endourologiya Konfransının Azərbaycan üzrə əlaqələndiricisi, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, urologiya uzmanı, doktor Rəşad Məmmədov bildirib ki, 2011 ci ildən ölkəmizdə laparoskopik uroloji əməliyyatları tətbiq etdikdən sonra dünyanın bu sahə üzrə mütəxəssislərinin və alimlərinin diqqəti üzərimizdədir: “Öncəki konfranslarda laparoskopik uroloji əməliyyatların nəticələrini məruzə etməmiz Azərbaycanda səhiyyənin günü gündən inkişafının bir subutu idi. Təbi ki, bütün bu nailiyyətlər dünya konfransının təşkilatçılarının diqqətini bizə yönəltdi. Biz bu konfransda laparoskopik urologiyadakı nailiyyətlərimizi və ən son nəticələrimizi məruzə edəcəyik. Ümid edirəm gələcəkdə biz beynəlxalq statuslu konfransların Vətənimizdə keçirilməsinə müvəffəq olacağıq.”

Xatırladak ki, doktor Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yol ilə böyrək çıxarma) edən cərrahdır. Onun elmi işi beynəlxalq mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR