Bank Of Baku

Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 625-ə çatıb

Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 625-ə çatıb
# 10 iyul 2026 11:41 (UTC +04:00)

Konqo Demokratik Respublikasında Ebola virusundan laboratoriya təsdiqli ölənlərin sayı son sutka ərzində daha 25 nəfər artaraq 625 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV-lə iş üzrə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Ebola virusuna yoluxanların ümumi sayı isə son 24 saatda 33 nəfər artaraq 1 792 nəfər olub.

Bildirilib ki, hazırda xəstəlik üzrə ölüm göstəricisi 34,9 faiz təşkil edir.

Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.

Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR