Bank Of Baku

Azərbaycan ərazisində meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır - YENİLƏNİB

Azərbaycan ərazisində meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır - <font color=red>YENİLƏNİB</font>
# 27 avqust 2012 09:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, günorta saatlarında 30-35 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 28-də əsasən yağmursuz hava proqnozlaşdırılır.

Səhər zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

G. Məmmədova yaxın üç gün ərazində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmədiyini bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir ki, Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara əsasən, avqustun 28-dən 30-dək Abşeron yarımadasında gündüz isti diskomfort hava şəraiti fonunda bəzi saatlarda rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR