Bank Of Baku

Yay mövsümündə 750 əlil istirahətə göndərilib

Yay mövsümündə 750 əlil istirahətə göndərilib
# 27 avqust 2012 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu yay mövsümündə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 750 əlilin Xaçmaz, Lənkəran və İsmayıllıda yerləşən istirahət zonalarına göndərilməsi təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, istirahətə göndərilənlər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilib.

İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər, gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilib. İl ərzində ümumilikdə 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. Tədbir “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunu ilə əlaqədar ƏƏSMN tərəfindən təsdiq edilmiş “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.

Proqrama uyğun olaraq, 28 günlük müddətdə bərpa müalicəsi almaq üçün 55 nəfər əlilin Ukraynaya, 30 nəfər əlilin isə Bolqarıstana göndərilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR