Bank Of Baku

Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının üzvü seçilib - FOTO

Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının üzvü seçilib - <font color=red>FOTO</font>
# 27 avqust 2012 10:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avqustun 19-24-də Moskvada Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının toplantısı keçirilib. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Mərkəzin baş direktoru Qurban Yetirmişli və Zəlzələlərin Tədqiqatı Bürosunun mühəndis-proqramçısı Vüqar Fərəcov iştirak ediblər.

İclasda Q. Yetirmişli son illər Azərbaycanda aparılan seysmoloji müşahidələr və əldə olunmmuş nəticələrə dair məruzə ilə çıxış edib. Baş direktor çıxışı zamanı həmçinin RSXM-in Avropa Seysmoloji Komissiyasına üzvülüyü ilə bağlı təklif də irəli sürüb. Təklif Baş Assambleya üzvləri tərəfindən müsbət qarşılanıb və RSXM Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib. Bu təşkilatın nizamnaməsinə görə, təşkilat üzvüləri əvvəlcə təşkilatda assosiativ üzvülüyə qəbul edilməlidirlər.

Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının növbəti iclası 2014-cü ilin 19-24 avqust tarixində İstanbulda keçiriləcək. Həmin toplantıda RSXM təşkilatın tamhüquqlu üzvü statusu alacaq. RSXM-in Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının 2016-cı il toplantısının Bakıda keçirilməsi ilə bağlı təklifinə də İstanbul toplantısında baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR