Bank Of Baku

Misir universitetinin tələbələri Azərbaycanda səfərdədirlər

Misir universitetinin tələbələri Azərbaycanda səfərdədirlər
# 27 avqust 2012 11:59 (UTC +04:00)
Bakı-APA. Gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində avqustun 25-dən etibarən Misirin Ayn-Şəms Universitetinin “Ədəbiyyat və dillər” fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi Azərbaycana səfərə gəlib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər edən gənclər yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir. Hazırda Ayn-Şəms Universitetində 140-dan artıq tələbə Azərbaycan dilini öyrənir.

Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olacaq, Qobustana və Şəki şəhərinə gedecək, bir sıra ali təhsil müəssisələrində olacaq, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevlə görüşəcəklər.Səfər 31 avqust tarixinədək davam edəcək.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Misirdə keçirilimiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin nəticəsi olaraq Misirli tələbələrin Azərbaycanın mədəniyyətinə, dilinə və tarixinə maraqları daha da artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR