Növbəti “Yay düşərgəsi” Lerikdə start götürəcək
27 avqust 2012 12:26 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir. İlk belə düşərgə bu ilin iyul ayında Qəbələ rayonunda təşkil edilib. Düşərgədə 70 nəfərə yaxın tələbə çalışıb. Növbəti düşərgə isə yenə də nazirlik, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 29 avqust -7 sentyabr tarixlərində Lerik rayonunda təşkil ediləcək.
Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.
Qeyd edək ki, düşərgələr “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.
Qeyd edək ki, düşərgələr “Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
Sosial
Naxçıvanda göldə boğularaq ölən tələbələr Astarada dəfn olunub
10:30
11 may 2024
Güclü maqnit qasırğası qeydə alınıb, transformatorlar və enerji sistemləri zədələnə bilər
10:14
11 may 2024
Komitə: Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib
09:54
11 may 2024
Dövlət Təhlükəsizliyi Xidmətində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
19:46
10 may 2024