Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların qurulma layihəsi hazırlanır

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların qurulma layihəsi hazırlanır
# 27 avqust 2012 13:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların qurulma layihəsi hazırlanır. Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, layihəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dəniz Layihə İnstitutu hazırlayır: “Layihə stansiyaların quraşdırılması üçün tələb olunan texniki şərtlərə uyğun olmalıdır. Bu şərtlərə dəqiq əməl edilməsi və layihə ilə uyğun olmasını yoxlamaq üçün stansiyaları quraşdıracaq Amerikanın “Kinemetriks” şirkətinin nümayəndələri də gələn ay Bakıya gələcəklər”.

Q. Yetirmişli deyib ki, yaxın günlərdə stansiyaların da ölkəyə gətiriləcəyi gözlənilir. Lakin stansiyaların dəqiq nə zaman quraşdırılmasının tarixi hələlik müəyyənləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR