Bank Of Baku

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılış vərəqələrinin verilməsinə başlanıb

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına buraxılış vərəqələrinin verilməsinə başlanıb
# 28 avqust 2012 10:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarına buraxılış vərəqələrinin verilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbiuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. Abituriyentlər bu gün saat 12:30-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Abituriyent imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.
Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqələrini, 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı təqdim etməlidirlər.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR