Bank Of Baku

Rezidenturaya keçiriləcək qəbul imtahanında iştirak edəcək qızların sayı oğlanlardan 3 dəfə çoxdur

Rezidenturaya keçiriləcək qəbul imtahanında iştirak edəcək qızların sayı oğlanlardan 3 dəfə çoxdur
# 28 avqust 2012 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012-2013-cü tədris ili üçün rezidentiraya keçiriləcək qəbul imtahanlarında iştirak edəcək qızların sayı oğlanlardan 3 dəfə çoxdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlanlardır.

İmtahan yalnız Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçiriləcək.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Birinci mərhələnin imtahanı sentyabrın 8-də,ikinci mərhələnin imtahanı isə sentyabrın 9-da keçiriləcək. Namizədlər sentyabrın 5-7-də öz elektron ərizələrinə daxil olaraq, hər bir imtahan üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 514-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR