Bank Of Baku

Azərbaycan ərazisində aparılan monitorinq zamanı vəba mənbəyi aşkarlanmayıb

Azərbaycan ərazisində aparılan monitorinq zamanı vəba mənbəyi aşkarlanmayıb
# 28 avqust 2012 14:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika Taun Əleyhinə Stansiyanın mayın 1-dən vəba əleyhinə apardığı müayinələr nəticəsində virusa yoluxma mənbəyi aşkarlanmayıb. Bunu APA-ya Stansiyanın direktor müavini Şair Qurbanov bildirib.

Onun sözlərinə görə, müayinələr zamanı ölkə ərazisində olan 112 açıq su mənbəyindən həftədə bir dəfə müayinələr götürülür. Yoxlamalar zamanı insanların daha çox təmasda olduğu su mənbələrinə, o cümlədən çimərliklərə, kanal sularına və su kəmərlərinə üstünlük verilir. Müayinələr noyabrın 1-dək davam edəcək: “Əraziyə gətirilərsə, bu dövrlərdə vəba xəstəliyinin yayılma ehtimalı daha çox olur. Suyun temperaturunun 20 dərəcədən yuxarı olması, insanların su mənbələri ilə təması yoluxma ehtimalını artırır. 30 dərəcədən yuxarı bu virusun daha çox artma xüsusiyyətləri var”.

Risk faktorunun olmasına gəlincə, Ş. Qurbanov deyib ki, Azərbaycan qonşu dövlətlərlə su sərhədlərinə malikdir: “Bu tip infeksiyalar Kür, Araz, müxtəlif kiçik çaylar vasitəsilə Azərbaycan ərazisinə gələ bilər. Ona görə də mütəmadi monitorinqlər aparılır və su mənbələri nəzarətdə saxlanılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR