Bank Of Baku

Masallıda narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib

Masallıda narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib
# 28 avqust 2012 19:36 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Avqustun 28-də Masallı rayon Gənclər Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin zərərli vərdişlərə, o cümlədən narkomaniyaya qarşı mübarizəsinə dair tədbir keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun fəal gənclərinin qatıldığı tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq narkomanlığın da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımadığını, bu dəhşətli xəstəliyin dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəli olduğunu bildirib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev də çıxışında narkomanlığın sarsıdıcı nəticələrinin. Masallıdan da yan ötmədiyini, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının hələ də müşahidə olunduğunu diqqətə çatdırıb.
Gənclər və İdman Nazirliyinin məsul işçisi Fərid Qurbanzadə isə çıxışında narkotik maddələrdən asılılığın narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxardığını qeyd edərək, İİV – insanın immunçatışmazlığı virusunun immun sistemini məhv edən virus olduğunu və bunun nəticəsi olaraq insan orqanizminin ən adi infeksiyalara qarşı müqavimət qabiliyyətini itirdiyini dilə gətirib. Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi məhz gənclərdə sağlam həyat tərzini, bədən tərbiyəsinə meylliliyini aşılamaqdan ibarətdir.
Tədbirin sonunda Bakı Uşaq Teatrının aktyorlarının ifasında rejissor İntiqam Soltanın real həyatdan götürülmüş hadisələr üzərində qurduğu “Həyatla oyun” tamaşasından parçalar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR