Bank Of Baku

Piratçılığa qarşı mübarizəyə dair qanun qüvvəyə minənədək istehsal olunan əqli mülkiyyət məhsullarına keçid nəzarət markaları vurulacaq

Piratçılığa qarşı mübarizəyə dair qanun qüvvəyə minənədək istehsal olunan əqli mülkiyyət məhsullarına keçid nəzarət markaları vurulacaq
# 29 avqust 2012 09:22 (UTC +04:00)
MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, Agentliyin sədri Kamran İmanovun rəhbərliyi altında İşçi Qrup yaradılıb: “Hazırda İşçi Qrup nəzarət markalarının verilməsi, əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarının hazırlanması və nəzarət markalarının verilməsi ilə əlaqədar daxil olan vəsaitin xərclənməsi ilə bağlı hesabatın dərc olunmasına dair qərar layihələri üzərində iş aparır. Qərar layihələri tamamlanmaq üzrədir, bir daha müzakirə olunaraq razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq”.

X. Həsənli deyib ki, qanun qüvvəyə mindikdən sonra onun icra mexanizmi Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla müəyyən olunacaq. Qərarlar qüvvəyə mindikdən sonra əqli mülkiyyət bazarında yalnız xüsusi nəzarət markaları vurulmuş malların satışı həyata keçiriləcək.

Qanun və qaydalar qüvvəyə minənədək istehsal olunan satılan malların taleyinə gəlincə, onlara keçid nəzarət markaları vurulacaq. Bunun üçün keçid dövrü müəyyən olunacaq: “Hazırda keçid dövrünün nə qədər müddət müəyyənləşdirilməsi müzakirə olunur. Keçid dövrü başa çatdıqdan sonra həmin məhsullar da xüsusi nəzarət markaları ilə markalanmalıdır. Nəzarət markalarına müəyyən ödəniş tələb olunacaq, keçid nəzarət markaları isə pulsuz veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR