Bank Of Baku

Qax rayonunda ibtidai insanların yaşadığı ehtimal olunan mağara və zağalar tapılıb

Qax rayonunda ibtidai insanların yaşadığı ehtimal olunan mağara və zağalar tapılıb
# 29 avqust 2012 12:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycanın Qax rayonunda, Ləkit-Kötüklü kəndindən şimalda, yerli əhalinin “Xorqaya” və “Skolatlar” adlandırdığı ərazidə aparılan kəşfiyyat işləri zamanı dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət qaya yarıqlarının arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan mağara və zağalar aşkarlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar Paleolit arxeoloji ekspedisiyası Ceyrançöl dəstəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun başçılığı ilə aparılır. Arxeoloqların ehtimalına görə, bu qayaaltı, qövsvari boşluqlarda ibtidai insanların yaşaması üçün münbit şərait olub.

Arxeoloji axtarış-kəşfiyyat işləri rayonun əsasən İlisu, Sarıbaş, Ağçay, Ləkit və Ləkit-Kötüklü kəndlərində aparılır.

Ərazidə ibtidai insanların məskunlaşması və tarixi ilə bağlı daha dəqiq məlumatlar gələcəkdə ərazidə aparılacaq arxeoloji tədqiqatlar zamanı məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR